HƏMAS ABŞ-ın Qəzzada dərhal atəşkəs, məhbusların azad edilməsi və aclıqdan ölənlərin qarşısının alınmasını tələb edən qətnamə layihəsinə dördüncü dəfə veto qoymasını “soyqırımın davam etdirilməsinə təşviq edən aqressiv münasibət” kimi qiymətləndirib.
Turkustan.az xəbər verir ki, HƏMAS ABŞ-ın Qəzza qanun layihəsinə veto qoyması ilə bağlı yazılı açıqlama verib. Bildirilib ki, bu veto qərarı bir daha təsdiq edir ki, Vaşinqton Fələstin xalqını hədəf alan hücumlarda, uşaq və qadınların öldürülməsində, Qəzza zolağında mülki həyatın məhv edilməsində birbaşa tərəfdaşdır, həmçinin buna görə birbaşa məsuliyyət daşıyır.
ABŞ-ın veto qərarı “beynəlxalq ictimaiyyətin iradəsini üstələyən, soyqırım və etnik təmizləmə fəaliyyətlərinin davam etdirilməsini təşviq edən aqressiv münasibət” kimi qiymətləndirilib.
"AA" bildirib ki: “Biz Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında dərhal atəşkəs, İsrail qüvvələrinin Qəzza zolağından çıxarılmasını və Fələstin xalqının İsrail tərəfindən yaratdığı humanitar fəlakətin fəsadlarından xilas edilməsini tələb edən qətnaməyə veto qoymasını qətiyyətlə pisləyirik".
Aytən Yaşar/ Turkustan.az