İsrailin Suriyanın Palmira şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 36 nəfər ölüb, 50 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, İsrail Suriyanın Palmira şəhərini hədəfə alıb.
Suriya mətbuatında yer alan xəbərlərdə yerli vaxtla saat 13.30 radələrində həyata keçirilən hücumda İsrailin yaşayış məntəqələrini hədəf aldığı, hücumda 36 nəfərin öldüyü, 50 nəfərin yaralandığı bildirilib. Yerli mənbələr hücumun şəhər mərkəzini və şəhərdəki sənaye bölgəsini hədəf aldığını bildirib.
Aytən Yaşar/ Turkustan.az