Əfsanəvi boksçu Mayk Tayson tanınmış bloqer Ceyk Pola məğlub olub.
Turkustan.az xəbər verir ki, qarşılaşma Texas ştatının Arlinqton şəhərindəki AT&T arenasında təşkil olunub.
8 raunddan ibarət döyüşdə hakimlərin qərarı ilə Ceyk Pol qələbə qazanıb.
Mayk Tayson və Ceyk Pol döyüşdən hər birinə təxminən 20 milyon dollar qazanacaqlar.
Qeyd edək ki, peşəkar karyerası ərzində 56 döyüş keçirən 58 yaşlı Mayk Tayson 50 qələbə qazanıb. O, 44 görüşdə rəqiblərini nokautla məğlub edib. 58 yaşlı dünya çempionu 6 qarşılaşmada isə uduzub. “Dəmir Mayk” ləqəbli boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub.
27 yaşlı Ceyk Pol isə rinqə ilk dəfə 2018-ci ildə həvəskar döyüşlə çıxıb. İndiyədək peşəkar səviyyədə 11 döyüş keçirən yutuber 10 qələbə və 1 məğlubiyyətlə yadda qalıb. Onun yutub platformasında 20,8 milyon izləyicisi var. /modern.az/