"Qarabağ" "Budyo-Qlimt"i məğlub etdi


UEFA Avropa Liqasının əsas mərhələsinin IV turu çərçivəsində bu gün Norveçdə üz-üzə gələcək “Budyo-Qlimt” və "Qarabağ" komandalarının start heyətləri bəlli olub.

Turkustan.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Budyo-Qlimt”: Nikita Haikin, Villads Nilsen, Fredrik Şyövold, Odin Byörtuft, Fredrik Byörkan, Patrik Berq, Xokon Evyen, Ulrik Saltnes, Yens Petter Hauq, Auqust Mikkelsen, Filip Sinkernagel

Baş məşqçi: Hyetil Knutsen

“Qarabağ”: Mateuş Koxalski, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Patrik Andrade, Marko Yankoviç, Yassin Benzia, Abdullah Zubir, Emanuel Addai, Aleksey Kaşuk, Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, “Aspmüra” stadionunda keçiriləcək “Budyo-Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

***

“Budyo-Qlimt” və "Qarabağ" matçı start götürüb.

***

Matçda hesab açılıb.

Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi hesabı açıb.

21-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb.

***

41-ci dəqiqədə “Budyo-Qlimt”in oyunçusu Patrik Berq bərabərlik qolunun müəllifi olub.

***

Zubir 69-cu dəqiqədə "Qarabağ"ın ikinci qolunu vurdu: 1-2. /axar.az/


MANŞET XƏBƏRLƏRİ