Hazırda Londonda yollarda yaranan avtomobil sıxlığına görə “Qarabağ” futbolçularını daşıyan avtobus tıxaca düşüb.
Turkustan.az xəbər verir ki, bu barədə CBC Sport-un canlı yayımında məlumat verilib.
Bildirilib ki, bu səbəbdən “Tottenhem” - “Qarabağ” matçının gec başlayacağı ehtimal olunur.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində “Tottenhem” (İngiltərə) – "Qarabağ"la qarşılaşacaq. Oyun "Tottenhem Hotspur" stadionunda keçiriləcək.
Əlavə edək ki, daha əvvəl matçın Bakı vaxtı ilə saat 23:00-da başlayacağı bildirilirdi.
***
"Qarabağ" klubunun heyəti Londonda tıxaca düşdüyündən oyun gözlənildiyi vaxtdan yarım saat gec, 23:30-da başlayacaq.
Bu barədə “Skay Sports” məlumat yayıb. /axar.az/