“Qarabağ” bu gün AvroLiqada ilk oyununa ÇIXIR


UEFA Avropa Liqasının Liqa mərhələsində çıxış edən Azərbaycanın “Qarabağ” klubu bu gün səfərdə ilk oyununa çıxacaq.

Turkustan.az saytı xəbər verir ki, komandamız İngiltərə paytaxtı Londonda “Tettenhem”in qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, “Qarabağ”ın qrupdakı rəqiblərindən olan “Bodo Qlimt” (Norveç) və “Elfsborq” (İsveç) ötən gün 1-ci turun oyununa çıxıb. Həmin klubların oyunları aşağıdakı hesabla başa çatıb:

“Bodo Qlimt” (Norveç) - “Portu” (Portuqaliya) - 3:2

“Alkmaar” (Niderland) - “Elfsborq” (İsveç) - 3:2


MANŞET XƏBƏRLƏRİ