Xankəndi cari mövsümdən Azərbaycan futbol ailəsində təmsil olunacaq.
Turkustan.az xəbər verir ki, şəhərin eyniadlı komandası yaradılıb. Klub AFFA-nın Region Liqasında mübarizə aparacaq. Bununla bağlı "Xankəndi"nin sosial şəbəkə hesablarında məlumat verilib.
Artıq klubun loqosu da təsdiqlənib.
Qeyd edək ki, Region Liqasında qeydiyyat prosesi oktyabrın 1-dək davam edəcək. Bundan sonra iştirakçıların adları, sayı və turnirin formatı rəsmən açıqlanacaq.