“Qarabağ”ın rəqiblərinin heyət dəyərləri məlum oldu – Dəyəri yarım milyard avrodan yüksək rəqib var


Azərbaycan çempionu “Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqibləri bəlli olub.

Turkustan.az xəbər verir ki, komandamız liqa mərhələsində “Totenhem” (İngiltərə), “Lion” (Fransa), “Ayaks” (Niderland), “Olimpiakos” (Yunanıstan), “Budyo Qlimt” (Norveç), “FCSB” (Rumıniya), - “Malmö”(İsveç), “Elfsborg” (İsveç) komandaları ilə qarşılaşacaq.

“Transfermarkt”-da yer alan məlumata görə, “Qarabağ”ın rəqiblərindən ən bahalı heyətə sahib komanda “Totenhemdir”. Heyət dəyəri ən az olan komanda isə “Elfsborg”dur.

“Qarabağ”ın digər rəqiblərinn heyət dəyərlərini təqdim edirik:

- “Totenhem” (İngiltərə) – 786, 5 milyon avro

- “Lion” (Fransa) – 265 milyon avro

- “Ayaks” (Niderland) – 252,05 milyon avro

- “Olimpiakos” (Yunanıstan) – 89,15 milyon avro

- “Budyo Qlimt” (Norveç) – 37,55 milyon avro

- “FCSB” (Rumıniya) – 35,30 milyon avro

- “Malmö”(İsveç) – 33,5 milyon avro

- “Elfsborg” – 17,25 milyon avro.

Qeyd edək ki, “Qarabağ”ın hazırki heyətinin dəyəri 18,98 milyon avrodur. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ