"Qarabağ" " Dinamo"ya qarşı


Bu gün Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunları keçiriləcək.

Turkustan.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da meydana çıxacaq. Ağdam təmsilçisi "Dinamo" (Zaqreb, Xorvatiya) ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç 20:45-də start götürəcək.

Matçı İngiltərədən olan hakimlər briqdası idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" ÇL-in pley-offuna yüksəlməklə artıq Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib.

Xatırladaq ki, "Qarabağ" səfərdə keçirilən oyunda 3:0 hesabı ilə məğlub olub.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab matçı:

20:45. "Qarabağ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya) /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ