"Qarabağ" "Dinamo"ya məğlub oldu


UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün baş tutacaq “Dinamo” (Zaqreb, Xorvatiya) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

Turkustan.az xəbər verir ki, "Maksimir" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.

Dinamo: İvan Nevistiç, Stefan Ristovski, Kevin Teofil Katrin, Sami Mmae, Pyer Qabriel, Mişiç, Marko Pyaça, Petar Suçiç, Martin Baturina, Arber Xodja, Bruno Petkoviç.

***

"Dinamo" (Zaqreb) - "Qarabağ" qarşılaşması başladı.

***

Suşiç 30-cu dəqiqədə meydan sahiblərini hesabda önə çıxardı: 1-0.

***

"Dinamo" (Zaqreb) - "Qarabağ" qarşılaşmasının ilk hissəsi yekunlaşdı.

***

Qarşılaşmanın ikinci hissəsi başladı.

***

Kulenoviç matçın 75-ci dəqiqəsində ikinci qolu "Qarabağ"ın qapısından keçirdi: 2-0.

***

Kulenoviç 80-ci dəqiqədə fərqi üçə çatdırdı: 3-0.

***

"Dinamo" (Zaqreb) "Qarabağ"a 3-0 qalib gəldi. Cavab görüşü bir həftə sonra keçiriləcək. /axar.az/


MANŞET XƏBƏRLƏRİ