Çempionlar Liqası: "Qarabağ" sətin sınaq qarşısında


Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.

Turkustan.az xəbər verir ki, tarixində üçüncü dəfə bu mərhələyə yüksələn Azərbaycan çempionu "Qarabağ" Zaqrebdə "Dinamo"nun qonağı olacaq.

Bakı vaxtı ilə 23.00-da start götürəcək görüşü İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, tərəflər arasındakı cavab matçı avqustun 28-də Bakıda keçiriləcək.

Çempionlar Liqası

Pley-off

İlk oyun

20 avqust

23.00 Dinamo (Zaqreb, Xorvatiya) - Qarabağ (Azərbaycan)

Hakimlər: Qlenn Nyuberq, Mahbod Beiqi, Andreas Söderkvist, Adam Ladebak (İsveç).

VAR: Bastian Danker (Almaniya).

AVAR: Yohan Pfeyfer (Almaniya).

Zaqreb, "Maksimir".


MANŞET XƏBƏRLƏRİ