"Zirə" "DAK 1904"ü böyük hesabla məğlub etdi


UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) matçı start götürüb.

Turkustan.az xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da keçirilir.

Görüşü lüksemburqlu baş hakim İvo Torres idarə edir.

***

29-cu dəqiqədə "Zirə"nin oyunçusu Rafel Utziq hesabı açıb: 1 - 0

***

30-cu dəqiqədə "Zirə" ikinci topu rəqibin qapısından keçirib: 2 - 0

***

51-ci dəqiqədə Volkovi fərqi daha da artırıb: 3 - 0.

***

53-cü dəqiqədə Volkovi 4-cü topu rəqibin qapısından keçirib: 4 - 0

***

"Dalğa Arena"da baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, " DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.


MANŞET XƏBƏRLƏRİ