Messi tarixin ən çox kubok qazanan futbolçusu oldu


Amerika Kubokunun qalibi Argentina olub.

Turkustan.az xəbər verir ki, finalda argentinalılar Kolumbiya yığmasını 1-0 hesabı ilə məğlub edərək çempion olublar.

Bu isə Argentinalı futbolçu Leo Messi üçün əlamətdar olub. Çünki o, karyerasındakı 45-ci kubokunu qazanıb. Dünya ulduzu tarixin ən çox mükafat qazanan futbolçusu kimi tarixə keçib. 37 yaşlı hücumçunun qazandığı titul 44 kubok qazanmış Dani Alveşi geridə qoyub. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ