Niyə AVRO-2024-də üçüncü yer uğrunda mübarizə aparılmır?


Fransanın Avro-2024-ün qalibi olmaq uğrunda mübarizəsi yarımfinalda İspaniya millisinə 2-1 hesabı ilə məğlub olması ilə başa çatdı. Bu komanda Almaniyadakı turnirdə üçüncü yer üçün mübarizə aparmayacaq. Eyni sözləri turnirin ikinci yarımfinal oyununda İngiltərəyə 2:1 hesabı ilə uduzan Hollandiya haqda da demək olar.

Bəs, niyə AVRO-2024-də üçüncü yer uğrunda mübarizə aparılmır?

Turkustan.az xəbər verir ki, bu ənənəyə 1980-ci ildə son qoyulub.

Belə ki, həmin il Çexoslovakiya 1:1 hesablı heç-heçədən sonra penaltilər seriyasında İtaliyaya 9:8 hesabı ilə qalib gəlib və üçüncü yeri tutub. Bu oyundan sonra UEFA televiziyaların aşağı reytinqi və tamaşaçıların azlığı səbəbindən üçüncü yer uğrunda matçı ləğv etmək qərarına gəlib. Ona görə də 1980-dən bəri qitə çempionatında bürünc medal uğrunda mübarizə aparılmır.

Qeyd edək ki, 1968-ci il Avropa çempionatında İngiltərə üçüncü yeri tutub. 1980-ci ildə Çexoslovakiya qalib gəlməzdən əvvəl Belçika və Niderland müvafiq olaraq 1972 və 1976-cı illərdə üçüncülük qazanıblar.

Avropa çempionatından fərqli olaraq, dünya çempionatında hələ də üçüncü yer uğrunda mübarizə aparılır. Xorvatiya DÇ-2022-də üçüncü yer uğrunda oyunda Mərakeşlə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ