Ərdoğandan millinin futbolçularına TƏSƏLLİ


Prezident Rəcəb Tayyib Ərdoğan Niderland yığması ilə matçdan sonra soyunub-geyinmə otağına gedərək Türkiyə yığmasının futbolçuları ilə görüşüb.

Turkustan.az xəbər verir ki, qarşılaşmanı stadionda izləyən Ərdoğan matçda məğlub olan milli futbolçulara təsəlli verib.

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan 1/4 final matçından sonra soyunub-geyinmə otağında millini ziyarət edib”, - Ərdoğanın sosial şəbəkədəki rəsmi hesabında edilən paylaşımda qeyd olunub.

Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçı keçirilib. Oyun Türkiyə millisinin 2:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Beləliklə, Niderland yığması Avropa çempionatının yarımfinalına yüksəlib.

(modern.az)


MANŞET XƏBƏRLƏRİ