"Türkiyə ilə oyun çətin olacaq" - Ronald Kuman


“Fərqli rəqiblərə qarşı öz yerimizi tutmağa çalışırıq. Bəzi dəyişikliklərimiz var. Türkiyə ilə çətin oyun olacaq”.

Turkustan.az xəbət verir ki, bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Türkiyə ilə keçiriləcək oyun barədə danışarkən deyib.

O, Türkiyə ilə matçda topa sahib olmağın vacibliyini vurğulayıb: “Bir çox oyunçumuz və mənim bu mövzuda təcrübəmiz var. Türk komandalarına qarşı oynamışıq və bu matçlar həmişə gözəl atmosferdə keçib. Bizə lazım olan topa sahiblənməkdir, topa hakim olmaq və bununla da azarkeşlərin səsini ucaltmaqdır. Bu, Türkiyə ilə oyunda olacaq, amma təbii ki, sakit və diqqətli olmalıyıq. Hamımız bilirik ki, rəqib açıq futbola üstünlük verir və biz düzgün seçim edərək bundan faydalana bilərik”.

Qeyd edək ki, bu gü keçiriləcək Niderland – Türkiyə matçı saat 23:00-da başlayacaq. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ