UEFA Merih Demiralı cəzalandırıb?


UEFA Türkiyə - Avstriya matçında qol vurduqdan sonra “bozqurd” işarəsi göstərən Merih Demiralı cəzalandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, UEFA Demirala iki oyunluq cəza verib. Bununla da Merih 1/4 final mərhələsində Niderland - Türkiyə matçında meydana çıxmayacaq.

***

Türkiyə Futbol Federasiyası Merih Dəmirala iki oyunluq cəza verilməsi barədə yayılan xəbərləri təkzib edib.

Bildirilib ki, oyunçu ilə bağlı rəsmi qərar sabah veriləcək.


MANŞET XƏBƏRLƏRİ