Bu gün Türkiyə ikinci oyununa çıxır


Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün II turun oyunları yekunlaşacaq.

Turkustan.az xəbər verir ki, oyunlar E və F qruplarında baş tutacaq.

F qrupunda Gürcüstan və Çexiya yığmaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qrupun digər görüşündə Türkiyə ilə Portuqaliya qarşılaşacaq. Matçın start fiti saat Bakı vaxtı ilə 20:00-da səslənəcək.

E qrupunda isə Belçika və Rumıniya milliləri münasibətlərini aydınlaşdıracaq. Görüş saat Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.


MANŞET XƏBƏRLƏRİ