ŞON DƏQİQƏ: “Qarabağ”da yeni MÜƏMMA - O, Bakıya gəlmədi


“Qarabağ”da istirahət müddəti başa çatıb.

İyunun 18-də bir araya gələn kollektiv çalışmalarını klubun bazasında davam etdirir.

Lakin tam tərkibdə yox.

Baş məşqçi Qurban Qurbanov yerli və əcnəbi milli üzvlərinə əlavə dincəlmək imkanı yaradıb. Onlar komandaya iyunun 23-dən qoşulacaqlar.

Toplanışda iştirak etməyən əsas ad Abdulla Zubirdir. Fransalı vingerin “Qarabağ”la sözləşməsinin müddəti başa çatıb. Elə bu səbəbdən də Bakıya gəlməyib.

Klub Zubirlə yeni sözləşmə imzalamaqda maraqlı olsa da, 32 yaşlı legioner yekun qərarını verməyib. Tərəflər ortaq məxrəcə gələndən sonra “10 nömrə” düşərgəyə qoşulacaq.

Əks halda... Bunu təsəvvür etməyin özü belə çətindir. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ