Avro-2024: Bu gün daha üç oyun olacaq


Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatının qrup mərhələsində II turun oyunları davam edir.

Turkustan.az xəbər verir ki, bu gün II turun daha üç qarşılaşması baş tutacaq.

Günün ilk oyununda E qrupunda mübarizə aparan Slovakiya – Ukrayna ilə üz-üzə gələcək.

Digər iki qarşılaşma D qrupda yer alan Polşa – Avstriya və Niderland – Fransa yığmaları arasında baş tutacaq.

21 iyun

II tur

E Qrupu

17:00. Slovakiya – Ukrayna

“Dusseldorf Arena”

D Qrupu

20:00. Polşa – Avstriya

“Berlin Olimpiya Stadionu”

23:00. Niderland – Fransa

“Red Bull Arena”


MANŞET XƏBƏRLƏRİ