Ronaldoya görə 60 min mərc edib - Batacaq?


Əfsanəvi UFC döyüşçüsü Konor Makqreqor portuqaliyalı hücumçu Kriştianu Ronaldonun Avro 2024-ün bombardiri olacağına 60 min funt-sterlinq qoyub.

Turkustan.az xəbər verir ki, bu mərc üçün əmsal 15-dir. Ronaldo bombardir olsa, irlandiyalı xalis 840.000 dollar qazanacaq.

Konor “X” hesabında yazıb:

“Avropa çempionatında “qızıl buts” uğrunda mübarizədə Ronaldoya 60 min mərc etdim”.

İyunun 18-də Kriştiano Portuqaliya millisi ilə Avropa çempionatında ilk oyununu keçirsə də, Çexiya yığmasına qol vura bilməyib. Portuqallar 2:1 hesabı ilə qalib gəlib. /publika.az/


MANŞET XƏBƏRLƏRİ