“Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.
Turkustan.az xəbər verir ki, Azərbaycan çempionu Avropa Liqasının pley-offunda ilk matçını keçirib.
Qurban Qurbanovun çalışdırdığı kollektiv Sloveniya çempionu “Olimpiya”nın qonağı olub. Lyublyanada baş tutan oyunda Ağdam təmsilçisi 2-0 hesablı inamlı qələbə qazanıb.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 31-də Bakıda keçiriləcək.
Avropa Liqası Pley-offun ilk oyunu 24 avqust
“Olimpiya” – “Qarabağ” 0:2
Qollar: Kevin Medina, 32. Leandro Andrade, 44.
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Lyublyana. “Stojitse” stadionu.