Qurbanov Bəhlul Mustafazadə ilə niyə görüşmədi? – İlkin versiya+VİDEO


Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün çempionu olan “Qarabağ” klubunun paltardəyişmə otağında ziddiyyətli hadisə yaşanıb.

Turkustan.az xəbər verir ki, “Sabah”la matçda 1:1 hesablı heç-heçə edərək qızıl medallara sahib çıxan Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra futbolçularını təbrik edib, lakin müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməyib.

Görüntülərdə Bəhlul Mustafazadənin bu vəziyyətdən narazı qaldığı və əsəbiləşdiyi müşahidə olunub.

İlkin versiyaya görə, B.Mustafazadə ilə Q.Qurbanov arasında futbolçunun nizam-intizamsız davranışı səbəbindən problem var.

qafqazinfo


MANŞET XƏBƏRLƏRİ