Millimiz Belarusa da məğlub oldu


Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxıb.

Turkustan.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Belarusla üz-üzə gəlib.

“Bank Respublika Arena”da baş tutacaq görüşə saat 21:45-də start verilib.

Qarşılaşma millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haiti ilə keçirdiyi yoldaşlıq matçında məğlub olub - 0:3.


MANŞET XƏBƏRLƏRİ