Azərbaycanda “Barselona” futbol akademiyası yaradılacaq.
Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyevlə “Barselona” klubunun prezidenti Xuan Laporta arasındakı görüşdə bildirilib.
Qəbulda Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı qeyd edilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.