Bu gün UEFA Avropa Liqasının cari mövsümün pley-off oyunlarının püşkatma mərasimi keçirilib.
Turkustan.az xəbər verir ki,Liqa mərhələsində 9-16-cı yerləri tutan komandalar 17-24-cü yerləri tutan klublarla oynayacaqlar.
Sıralamada daha öndə yer alan komandalar pley-offun cavab görüşlərini evdə keçirəcəklər.
Pley-off mərhələsinin səkkiz qalibi 1/8 final mərhələsinə yüksələcək və burada püşkatma zamanı ilk səkkiz klubdan biri ilə oynayacaqlar.
UEFA Avropa Liqasının pley-off oyunlarının püşkatmasının nəticələrini təqdim edirik:
“Ferentsvaroş” (Macarıstan) – “Viktoriya” (Çexiya);
“Tvente” (Niderland) - “Budyo Qlimt” (Norveç);
“Yunion” (Belçika) - "Ayaks" (Niderland);
“AZ Alkamaar” (Niderland) – “Qalatasaray” (Türkiyə);
“Portu” (Portuqaliya) – “Roma” (İtaliya);
“Fənərbağça” (Türkiyə) - “Anderlext” (Belçika);
PAOK (Yunanıstan) – “Styaua” (Rumıniya);
“Midtyullann” (Danimarka) – “Real Sosyedad” (İspaniya).
Qeyd edək ki, bu raundun oyunları fevralın 13-də və 20-də keçiriləcək.
Xatırladaq ki, “Latsio” (İtaliya), “Atletik” (İspaniya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Lion” (Fransa), “Olimpiakos” (Yunanıstan) və “Reyncers” (Şotlandiya) birbaşa 1/8 finala vəsiqə qazanıblar. Bu mərhələnin püşkatma mərasimi fevralın 21-də, matçları isə martın 6 və 13-də olacaq. /Yeniavaz.com/