Azərbaycan və Rusiya milli komandaları arasında futbol üzrə yoldaşlıq oyunu ilə bağlı danışıqlar dayandırılıb.
Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının son iclaslarının birində Rusiya Futbol İttifaqı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nümayəndələri oyunun 2025-ci ilin birinci yarısında keçirilməsinin mümkünlüyünü müzakirə ediblər. Lakin matçla əlaqədar rəsmi danışıqlar baş tutmayıb. İndi iki ölkə arasında münasibətlərdəki gərginlik səbəbindən mümkün görüş müzakirə edilmir.
"Milli komandalar arasında yoldaşlıq oyunu ilə bağlı rəsmi danışıqlar nəticə verməyib. Azərbaycan təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra AFFA mümkün matçla bağlı məsələni müvəqqəti məhdudlaşdırıb”, – deyə vəziyyətlə tanış olan bir neçə mənbə bildirib.