İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva əcnəbi idmançı ilə ailə qurmağa hazırlaşır.
Turkustan.az bu barədə "idman.biz"ə istinadən xəbər verir.
Məlumata görə, 22 yaşlı paraatlet Cənubi Afrika Respublikasından olan idmançı ilə evlənir. Dördqat dünya çempionumuz artıq əcnəbi atletlə Bakıda nikaha daxil olub. Lakin cütlüyün hələlik toy mərasimi keçirilməyib. Bunun yaxın vaxtlarda olması planlaşdırılır.
İdmançının atası Rövşən Vəliyev məlumatı təsdiqləyib və qızının cənubi afrikalı idmançı ilə ailə qurmağa hazırlaşdığını deyib.
Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanan Lamiyə Vəliyeva Paris-2024-də də eyni uğuru təkrarlayıb. /Cebheinfo.az/