Dünyanın ən titullu baş məşqçiləri – SİYAHI


Futbolda qələbə və titul qazanmaq üçün baş məşqçi faktoru çox önəmlidir. Ulduz futbolçuların düzgün istiqamətləndirilməsi və rəqib komandanın taktiki gedişləri ilə bağlı analizlər məhz baş məşqçilərin öhdəliyinə düşür. Bir çox futbol mütəxəssisləri var ki, onlar əldə etdikləri nailiyyətlərin ad-sanına görə bütün dünyada tanınırlar.

Ən titullu baş məşqçilərin siyahısını təqdim edirik:

Ser Aleks Ferquson (49 kubok)

“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Ser Aleks Ferquson dünyada ən çox kubok qazanmış mütəxəssisdir. Şotlandiyalı çalışdırıcı təkcə “qırmızı şeytanlar”ın başında 49 kubok qazanıb.

Pep Quardiola (39 kubok)

“Barselona”, “Bavariya” və “Mançester Siti” kimi klubları çalışdıran Pep Quardiola 39 kubokla siyahıda 2-cidir. Quardiola aktiv baş məşqçilər arasında ən yaxşısı hesab olunur.

Mirçeya Luçesku (38 kubok)

Rumın baş məşqçi qazandığı 38 kubokun əksəriyyətini “Qalatasaray” və “Şaxtyor Donetsk”də əldə edib. O, “şaxtaçılar”ın başında “Dinamo Kiyev”in Ukraynadakı hegomoniyasını alt-üst etmişdi.

Valeri Lobanovski (30 kubok)

“Dinamo Kiyev”in əfsanəvi baş məşqçisi Valeri Lobanovski Ukrayna komandası ilə 30 kubok qazanıb. 1975-ci ildə dünyanın ən yaxşı baş məşqçisi seçilən ukraynalı mütəxəssis 1970-1995-ci illərdə kiyevliləri SSRİ-in və bütün Avropanın zirvəsinə qaldırmağı bacarıb./Yenisabah.az


MANŞET XƏBƏRLƏRİ