Ərdəbildə türk adlarına qadağa qoyuldu


Ərdəbil əyalətində iş yerləri, mağazalar və başqa bu qəbildən olan obyektlərə türk adlarının qoyulmaması ilə bağlı xəbərdarlıq edilib.

Turkustan.az xəbər verir ki, bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Ərdəbil əyalətinin İctimai Məkanlara Nəzarət İdarəsi iş adamlarına təlimat göndərib.

Bildirilib ki, bu qaydaları riayət etməyən iş yerlərinin fəaliyyət icazəsi ləğv ediləcək.

Ümumi qaydalara uyğun olaraq obyektlərə fars dilində olan adların qoyulması tövsiyə olunub. (axar.az)


MANŞET XƏBƏRLƏRİ