İran parlamentində yerli qeyri-fars xalqların ana dilində təhsillə bağlı qanun layihəsinin qəbul edilməməsi ölkədə narazılıq doğurub.
Turkustan.az xəbər verir ki, İran parlamentinin Təbrizdən seçilmiş millət vəkili və parlamentin Təhsil Komissiyasının sədri Əlirza Monadi dünən plenar iclasda ölkədə yaşayan yerli qeyri-fars xalqların öz ana dilində tədris alması üçün təqdim olunan qanun layihəsinin qəbul edilməməsinə etiraz edərək deyib:
“İran xalqının 60%-i Türk dilində danışır. Bunu gözardı etmək olmaz. Bu dil ərəb və fransız dillərindən sonra dünyada ən çox danışılan dil sayılır. Türk dili olduqca qədimdir. Bunun üçün uşaqlara ana dili və ədəbiyyatını öyrətməliyik”.
Əlirza Monadi bildirib ki, bəzi millət vəkilləri sözügedən qanun layihəsinə qarşı çıxıblar. Onun sözlərinə görə, Novruz bayramından sonra bu məsələ yenidən müzakirəyə çıxarılacaq və bu dəfə müsbət səs əldə olunacaq. (Nasr News)
Bəxtiyar Səlimov/Turkustan.az