Turkustan.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian dünən Yaxın Şərqdəki son proseslərdən danışarkən ABŞ prezidenti Donald Trampı tənqid edib.
Pezeşkian Azərbaycan atalar sözünü Türkcə səslənərək deyib: “Keçmə namərd körpüsündən qoy aparsın sel səni, Yatma tülkü kölgəsində qoy yesin aslan səni”.
Qeyd edək ki, bir neçə gün öncə Tehranın mərkəzində Təbriz Mədəniyyət Həftəsində Azərbaycan dilində çıxış etmək istəyən Pezeşkian panfarslar tərəfindən sərt reaksiya ilə qarşılansa da, görünür, bu dəfə yenidən Azərbaycan Türk dilində şeir söyləməkə paniranistlərə cavab vermək istəyib.
Məsud Pezeşkian son zamanlar bu kimi nümanələri təkrarlamaqla, Azərbaycan Türk diini sanki, İranın rəsmi dili səviyyəsində təqdim edir.