Böyük Quruluş Partiyası (BQP) Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib


Böyük Quruluş Partiyası (BQP) Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər, əziz soydaşlar,

8 Noyabrda böyük tarixi Qələbəmizin – 44 günlük Vətən Müharibəsində qazandığımız parlaq Zəfərin dördüncü ili tamam olur. Şanlı Zəfərə doğru bizi aparan müqəddəs Vətən Müharibəsi təkcə torpaqların deyil, xalqımızın milli qürurunun, onun şərəf və ləyaqətinin də geri alınması uğrunda başladılan mübarizə idi. Müzəffər ordumuz 44 gündə şərəfli tarix, dillərə dastan olan misilsiz qəhrəmanlıq səlnaməsi yazdı. Məhz həmin gün Azərbaycan Əsgərinin qanı və canı bahasına qədim və tarixi mədəniyyət mərkəzimizə, hər bir soydaşımız üçün əvəzsiz mənəvi dəyərə malik olan Şuşa şəhərinə qovuşduq. Rəşadətli Ordumuz xalqımıza uzun illər həsrətində olduğu misilsiz sevinci yaşatdı.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsi torpaqlarımızın otuz ilə yaxın davam edən işğalına son qoydu. Şanlı Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərərək yüzlərlə yaşayış məntəqəsini, həmçinin mühüm strateji yüksəklikləri işğaldan azad etməklə müasir hərb tarixində yeni səhifələrə imza atdı. Azərbaycan xalqının öz dövləti, Ali Baş Komandanı, Ordusu ətrafında yumruq kimi birləşməsi nəticəsində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, icra edilməyən qətnamələrin, habelə digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin edildi, yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarında yaşamaq hüququ bərpa edildi.

Dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, öz təxribatlarından və qanlı terror əməlllərindən əl çəkməyən separtçı tör-töküntülərə qarşı 2023-cü ilin sentyabrında həyata keçirilən 24 saatlıq antiterror əməliyyatı ilə də ökəmizin ərazi bütövlüyü tam bərpa edildi, erməni separatizminin kökü birdəfəlik kəsilərək, Azrbaycanın bağrına yerləşdrilmiş 200 illik qanayan yara kəsilib atıldı. Bu əməliyyat Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin tamamlanması, Azərbaycanın gücünün dünyaya bir daha nümayişi oldu. Ermənilərin və onların çoxsaylı dəstəkçilərinin Azərbaycan torpaqlarında törətdikləri özbaşınalıqlara və cinayətlərə son qoyuldu.

Bu ilki Zəfər Günü Suverenliyimizin daha da möhkəmlənməsinə, işğaldan azad edilmiş şəhər və kəndlərimizə məskunlaşmanın sürətlənməsinə, 30 il ərzində sahibsiz qalmış torpaqlara həyatın getdikcə sürətlə qayıtmasına təsadüf edir. İri miqyaslı nəhəng layihələrin vaxtında və uğurla icra edilməsi xalqımızda bir daha əminlik yaradır ki, milli iradəmiz və birliyimiz sayəsində qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gəlinəcək.

Hörmətli həmvətənər, əziz soydaşlar,

Biz, Böyük Qururluş Partiiyasi olaraq Sizi, rəşadətli əsgər və zabitlərimizi, qəhrəman qazilərimizi, istedadlı diplomat, iradəli siyasətçi, uzaqgörən hərbi strateq kimi tarixi qələbəmizdə böyük paya malik olan Ali Baş Komandanı qələbəmizin dördüncü ildönümü – Zəfər Günü münasibətilə təbrik edir, hər kəsə möhkəm cansağlığı rifah, əminamanlıq və firavan həyat arzulayırıq.

Bu önəmli və əziz ümumxalq Bayramı ərəfəsində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərimizin əziz xatirəsini bir daha dərin hörmət və ehtiramla anırıq.


MANŞET XƏBƏRLƏRİ