Xocalıda ilk dəfə film təqdimatı keçirilib


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə çəkilmiş "Şuşa fatehləri" adlı filmin təqdimatı Xocalı 1 saylı tam orta məktəbində keçirildi. Pedaqoji kollektivin və şagirdlərin iştirakı ilə keçirilən tədbirdə 44 günlük Vətən müharibəsində döyüşərək qazi olan oğulların həyat heykayəsi qürurverici idi. Əlizadə Leyla Vəli qızının layihəsi çərçivəsində çəkilmiş filmi şagirdlər maraqla izlədilər. Filim haqqında çıxışçıların fikirləri də yadda qalan oldu.

Xankəndi Regional Təhsil İdarəsinin Xocalı Sektorunun aparıcı məsləhətçisi Nəcəf Həsənovun dediklərindən:

"44 günlük Vətən müharibəsində Şuşanın alınması bizim qürurumuz idi. Şuşanın azad edilməsində xüsusi təyinatlıların qəhrəmanlıqlarla dolu olan döyüş əməliyyatları ürəkləri riqqətə gətirir. Günlərlə yol gələn, sıldırım qayaları dırmaşaraq düşmənin üstünə şığıyan bu əfsanəvi qəhrəmanlardan nə qədər belə filimlər çəkilsə, çox yaxşı olar. Bizim Xocalı balamız Leyla Əlizadənin Gənclər Fondunun maliyyə dəstəyi ilə ərsəyə gətirdiyi bu filim şagirdlərdə böyük maraq doğurdu. Şuşanı bizə bəxş edən oğullarımız da bir vaxtlar bu yaşda olublar. Onlar torpaqlarımızın işğal olunduğu o dövrdə düşmənə qarşı qəzəblə böyüyüblər. Ona görə də ölümün gözünün içinə dik baxaraq ölümsüzləşiblər. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin!"

Xocalı şəhər 1 saylı orta məktəbin direktorunun tədris işləri izrə müavini Aydın Həsənov isə belə dedi:

"Bu torpaqların hər qarışı bizə ona görə doğmadır ki, onlar ata-babalarımızdan bizə qoyub getdiyi bizə əmanətdi. Filmi izlədikcə, həm qürurlanıram, həm də kövrəlirəm. O qəhrəman oğulların sankı səsləri qulaqlarımda cingildəyir. Onlar bizim aramızda olmasalar da, daimaə qəlbimizdə yaşayacaqlar".

Xocalı şəhər 1 saylı məktəbin 7-ci sinif şagirdi Günay Əbdülovanın çıxışı isə tədbir iştirakçılarında bir coşğu yaratdı: "Mənim atam Əbdülov Ceyhun Kamil oğlu günlərlə erməni girovluğunda olub. Ac-susuz qalan atam hər zülmə, erməni vəhşiliyinə sinə gərib. O, Şuşanın alınması xəbərini eşidəndə dizlərini yerə qoyub hönkür-hönkür ağladı. "Şuşa bizim qürurumuz idi",-dedi.

Ailəmiz Xocalıya ilk köçənlərdən biridir. Xocalıda yaşamaq çox gözəldir. Bura Vətəndir, gülü bitəndir".

Tədbirimiz nostaljik notlara köklənən çıxışlarla bitdi. Gələcəkdə də belə filimlərin daha çox çəkilməsinə ehtiyac olunduğu bildirildi. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Gənclər Fondunun rəhbərliyinə və münsiflər heyətinə bu layihəni dəstəklədiyinə görə təşəkkürlərini bildirdilər. Tədbir ozü də, 44 günlük Vətən Müharibəsinin 4 –cü ildünümü ərəfəsində bu belə bir filmin təqdimatının ilk dəfə Xocalıda keçirilməsi də tarixi hadisədir.


MANŞET XƏBƏRLƏRİ