“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən maarifləndirici tədbirlər keçirilmişdir


Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkotik: ağıl, vicdan, həyat oğrusu!” adlı maarifləndirici çarx çəkilmişdir.

Sosial çarxın əsas məqsədi ölkə əhalisini, xüsusilə müstəqil həyata yeni başlayan gəncləri narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və s. barədə maarifləndirməklə, onların vətənpərvər və sağlam ruhda böyümələrinə yardımçı olmaqdır.

Layihənin davamı olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət edilmiş, Nazirlik tərəfindən ayrılan Bakı şəhərindəki 252 nömrəli məktəb-liseydə və 271 nömrəli tam orta məktəbdə narkomaniya və onun fəsadları barədə maarifləndirici tədbirlər keçirilmiş, həmçinin çəkilən sosial çarxın təqdimatı olmuşdur.

Tədbirlərdə “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin direktoru Şahin Hüseynov, həmin İctimai Birliyin şimal bölgəsi üzrə koordinatoru Rəhim Orucov, Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Alıyev, məktəblərin rəhbərliyi və müəllimlər çıxışlar etmişlər.

Tədbirlərdə bu bəlanın yayılmaması üçün narkotik və psixotrop maddələrdən istifadənin mənfi təsirləri barədə hər kəsin, əsasən də valideynlərin və müəllimlərin yeniyetmə və gənclər arasında maarifləndirmə işinin daha ciddi aparılması vurğulanmışdır.

Sosial çarxın linki: https://youtu.be/PzjOQH41Okw?si=5-AX41m_Q19gnfQp

Fotonu aç

Fotonu aç

Fotonu aç


MANŞET XƏBƏRLƏRİ