Fazil Mustafa Arzu Bağırova ilə görüşüb


Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova ilə görüşüb.

Komitə sədri konstruktiv mövqeli QHT-lərlə müvafiq dövlət qurumları arasında səmərəli işbirliyinə bütün maraqlı tərəflərin töhfələr verməsinin, bununla, vətəndaş cəmiyyətinin daha da güclənməsinin ümumi işin xeyrinə olacağını vurğulayıb.

RHİMİB-in fəaliyyətini yaxından bələd olduğunu bildirən Komitə sədri, birliyin öz adına, mandatına uyğun, səmərəli çalışmalarını təqdir edib, ictimai birliyə yeni uğurlar diləyib.

Görüşdə RHİMİB-in Layihələr üzrə koordinatoru Nilufər Lətif iştirak edib.


MANŞET XƏBƏRLƏRİ