Komitə sədri tanınmış QHT sədri ilə görüşüb


Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa "NƏFƏS" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva ilə görüşüb.

İctimai birliklər və dini qurumlar komitəsində keçirilən görüşdə "NƏFƏS"in həyata keçirdiyi və nəzərdə tutduğu yeni layihələr, eləcə də, komitə ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İctimai birlik sədri Fazil Mustafanı VII çağırış Milli Məclisin üzvü və Komitə sədri seçilməsi münasibəti ilə təbrik edib.
Komitə sədri "NƏFƏS"in fəaliyyətini yaxından izlədiyini, xeyriyyə və ümumən humanitar aksiyaların təşəbbüskarı, uğurlu icraçısı olaraq gördüyü işləri təqdir edib, ictimai birliyə yeni uğurlar diləyib.

Sonda Fazil Mustafa öz kitabını Firəngiz Balakişiyeva üçün imzalayıb.


MANŞET XƏBƏRLƏRİ