“Qadınlar cəmiyyətin ən zəif halqasıdır və bu problemi kişilər yaradıb” – Nazir müavini


“Qadınlar cəmiyyətinmizin ən dəyərli və həm də ən zəif halqasıdir. Bu tarixin və kişilərin yaratdığı problemdir”.

Turkustan.az xəbər verir ki, bu sözləri COP29-Azərbaycan üzrə baş icraçı direktor, AR energetika nazirinin müavini Elnur Soltanov "Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, su məsələsində də, yəni cəmiyyətdə qadınlar siyasi cəhətdən zəif halqadılar, çünki qərar verəndə daha az rol alırlar:

"Qadınlar daha çox məişət həyatına sıxışdırılıblar. Məişət işi isə daha çətindir və pul dəyəri yaranmır. Suyun da məişətdə nə demək olduğunu bilirik, yəni içməli su, uşaqların təmizlənməsi və bu kimi işlər qadınların çiynindədir"./bizim.media


MANŞET XƏBƏRLƏRİ