Son dövrlərdə Azərbaycanda yolların təmiri və infrastrukturun yaxşılaşdırılması ilə bağlı bir çox layihələr həyata keçirilir. Bu layihələrdə ən çox fəallıq göstərən şirkətlər yol təmir tenderlərini udaraq iri məbləğlərdə müqavilələr bağlayıblar.
Turkustan.az FED.az-a xəbər verir ki, 2024-cü il ərzində yolların təmiri ilə bağlı ümumi dəyəri 44 950 563 AZN olan 33 tenderə yekun vurulub.
Tenderlərdə uğur qazanan şirkətlər arasında “Koneks Construction” MMC xüsusi olaraq diqqət çəkir. Bu şirkət ümumilikdə 9 tender udub və təmir işləri üzrə cəmi 4 210 074 AZN dəyərində müqavilələr bağlayıb. Şirkət Yasamal, Nərimanov, Tərtər, Suraxanı, Füzuli və digər rayonlarda yol təmiri işləri ilə məşğul olub. Tenderlərin əhatə etdiyi layihələr əsasən yollarda yenidənqurma və asfalt örtüyünün təmiri işlərini əhatə edir.
Digər önəmli iştirakçılardan biri olan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 6 tender qazanaraq 2 018 221 AZN dəyərində sifariş əldə edib və ən çox tender udan ikinci şirkət olub. Şirkət əsasən Cəlilabad, Astara, Lerik kimi rayonlarda yolların əsaslı təmiri işlərini həyata keçirib.
Bundan əlavə “İS.M.M.” MMC şirkəti 3 tenderdə qalib seçilib və siyahıda üçüncü sırada qərarlaşıb. Şirkət ümumilikdə 1 830 608 AZN dəyərində layihələr icra edib. Şirkət əsasən Salyan, Gədəbəy və Şabran rayonlarında yolların təmiri ilə məşğul olub.
Digər ən çox tender uda şirkətlərdən olan "Aztimont" ASC və "Eracon" MMC hər biri 2 tenderin qalibi olub. Uyğun olaraq "Aztimont" ASC-nin əldə etdiyi gəlir 23 402 784 AZN, "Eracon" MMC-nin əldə etdiyi gəlir isə 20 600 AZN dəyərindədir.
Daha detallı aşağıdakı cədvəldə :
№ |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Qalib şirkət |
Məbləğ |
Tarix |
1 |
Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi |
Yollarda aparılacaq təmir işlərinin satın alınması |
"Koneks Construction" MMC |
595 381 AZN |
07.10.2024 18:03 |
2 |
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi |
Yollarda aparılacaq təmir işlərinin satın alınması |
"Koneks Construction" MMC |
445 774 AZN |
03.10.2024 16:27 |
3 |
Tərtər Rayon İcra Hakimiyyəti |
Yollarda aparılacaq təmir işlərinin satın alınması |
"Koneks Construction" MMC |
430 108 AZN |
24.09.2024 16:55 |
4 |
Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi |
Yollarda aparılacaq təmir işlərinin satın alınması |
"Koneks Construction" MMC |
346 956 AZN |
17.09.2024 15:43 |
5 |
Füzuli Rayonu İcra Hakimiyyəti |
Yollarda aparılacaq təmir işlərinin satın alınması |
"Koneks Construction" MMC |
406 974 AZN |
16.09.2024 23:10 |
6 |
Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi |
Məhəllədaxili yollarda aparılacaq təmir işlərin satınalınması |
"Koneks Construction" MMC |
346 821 AZN |
16.09.2024 19:48 |
7 |
Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon MKTB |
Yollarda aparılacaq təmir işlərinin satın alınması |
"Koneks Construction" MMC |
596 189 AZN |
30.08.2024 15:51 |
8 |
Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyi |
Məhəllədaxili yollarda aparılacaq təmir işlərinin satın alınması |
"Koneks Construction" MMC |
595 590 AZN |
29.08.2024 16:42 |
9 |
Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi |
Məhəllədaxili yollarda aparılacaq təmir işlərinin satınalınması |
"Koneks Construction" MMC |
446 281 AZN |
26.08.2024 18:24 |
Cəmi : 4 210 074 AZN |
|||||
1 |
Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Göytəpə Şəhər Ərazi Nümayəndəliyi |
Göytəpə şəhərində yolların əsaslı təmiri |
"Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti |
110 507 AZN |
19.09.2024 17:48 |
2 |
Astara Rayon İcra Hakimiyyəti |
Astara rayonunda yolların əsaslı təmiri |
"Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti |
517 484 AZN |
09.09.2024 10:43 |
3 |
Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad Şəhər Ərazi Nümayəndəliyi |
Cəlilabad şəhərində yolların əsaslı təmiri |
"Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti |
419 675 AZN |
09.09.2024 10:42 |
4 |
Astara Rayon İcra Hakimiyyəti |
Astara Rayon İcra Hakimiyyətinin büdcədənkənar xüsusi vəsait smetasında yolların əsaslı təmiri |
"Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti |
186 106 AZN |
06.09.2024 20:46 |
5 |
Lerik Rayon İcra Hakimiyyəti |
Lerik rayonunun daxili avtomobil yollarının əsaslı təmir işləri |
"Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti |
608 159 AZN |
05.09.2024 09:42 |
6 |
Cəlilabad Rayon İcra Hakimiyyəti |
Cəlilabad və Göytəpə şəhərlərində yolların əsaslı təmiri |
"Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti |
176 290 AZN |
04.09.2024 09:54 |
Cəmi : 2 018 221 AZN |
|||||
1 |
Salyan Rayon İcra Hakimiyyəti |
Yolların əsaslı təmiri işlərinin görülməsi |
"İS.M.M." MMC |
766 767 AZN |
08.10.2024 17:01 |
2 |
Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran Şəhəri Üzrə Nümayəndəsi |
Şabran şəhəri ərazisində yolların əsaslı təmiri işləri |
"İS.M.M." MMC |
350 385 AZN |
09.09.2024 18:17 |
3 |
Gədəbəy Rayon İcra Hakimiyyəti |
Gədəbəy şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması |
"İS.M.M." MMC |
713 456 AZN |
13.06.2024 22:26 |
Cəmi : 1 830 608 AZN |
|||||
1 |
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti PHŞ |
Ağdam rayonu, Sarıcalı kəndində məhəllə daxili yolların və səkilərin tikintisi işlərinin satın alınması |
"Aztimont" ASC |
11 527 143 AZN |
10.06.2024 10:00 |
2 |
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti PHŞ |
Ağdam rayonu, Kəngərli kəndində məhəllə daxili yolların və səkilərin tikintisi işlərinin satın alınması |
"Aztimont" ASC |
11 875 641 AZN |
07.06.2024 18:37 |
Cəmi : 23 402 784 AZN |
|||||
1 |
Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatı |
Qusar şəhər yollarının əsaslı təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması |
"Eracon" MMC |
11 900 AZN |
05.09.2024 09:51 |
2 |
Xızı Rayonu İcra Hakimiyyəti Başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi |
Xızı şəhər yollarının əsaslı təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması |
"Eracon" MMC |
8 700 AZN |
13.07.2024 11:26 |
Cəmi : 20 600 AZN |
|||||
1 |
"MİDA" MMC |
Şirvan şəhəri, Naxçıvan küçəsində 8,11 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində ərazinin şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma və ərazinin yaşıllaşdırılması işlərinin satınalınması |
"Enerji Qrup" MMC |
4 465 812 AZN |
12.02.2024 16:23 |
2 |
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC |
Bakı Şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması |
"Xezer-Construction" MMC |
2 540 615 AZN |
04.07.2024 12:28 |
3 |
"MİDA" MMC |
Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində baş plan üzrə yollar, səkilər, abadlıq və ərazinin yaşıllaşdırılması işlərinin satınalınması |
"Ricon" MMC |
1 995 005 AZN |
12.02.2024 11:38 |
4 |
Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri Üzrə Nümayəndəliyi |
Xırdalan şəhərində yolların təmiri işlərinin satın alınması |
"Proqress İnşaat En" MMC |
1 478 635 AZN |
03.10.2024 15:08 |
5 |
Qaçqinlarin və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti |
Bakı şəhəri, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin,mənzilin,dam örtüklərinin və qəsəbə daxili qum-çınqıl yolların təmiri işləri. |
"Hadi İnşaat" MMC |
1 289 388 AZN |
15.01.2024 10:09 |
6 |
Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhəri Üzrə Nümayəndəliyi |
Göygöl şəhərində yolların əsaslı təmiri |
"Göygöl Tikinti" MMC |
849 959 AZN |
17.09.2024 11:31 |
7 |
Zərdab Rayon İHB-nın Zərdab Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi |
Zərdab şəhəri ərazisində yolların əsaslı təmiri işlərinin satın alınması |
“Aqroyol-İnşaat” MMC |
545 600 AZN |
26.09.2024 18:37 |
8 |
Ağdam Rayon İcra Hakimiyyəti |
Ağdam rayon ərazisində yolların əsaslı təmiri işləri |
"Dream Construction Company" MMC |
269 711 AZN |
10.10.2024 14:20 |
9 |
Şəmkir Rayon İcra Hakimiyyəti |
Şəmkir rayonunda avtomobil yollarının təmiri işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması |
"Global Engineering Management Company" MMC |
17 464 AZN |
24.04.2024 12:45 |
10 |
Qazax Rayonu İcra Hakimiyyəti |
Qazax rayonunda yolların əsaslı təmiri işlərinə dair layihə smeta sənədlərinin hazırlanması |
"Az.Arxitektura" MMC |
11 983 AZN |
03.07.2024 09:26 |
11 |
Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi |
Şirvan şəhərində Yolların əsaslı təmiri işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması |
"Creat Company" MMC |
5 104 AZN |
01.07.2024 11:36 |
Cəmi : 13 468 276 AZN |
|||||
Yekun : 44 950 563 AZN |