Sumqayıt səmasında görünən UNO-dur? - Açıqlama+VİDEO


Ötən gün sosial şəbəkə və mediada yayılan görüntülər haqda məlumatlıyıq. Bu, iddia olunduğu kimi, kosmik cisim deyil.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

“Sumqayıt səmasında ötən gün görünənlər kosmik obyekt deyil, işıq əks-etməsidir. Küçədəki işıq dirəkləri də ola bilər. Çünki həmin işığın fokusu yoxdur, arakəsmələr də dəyişmir”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, ötən gün Sumqayıt səmasında görünən işıqlar sosial şəbəkələrdə müzakirə yaradıb.


MANŞET XƏBƏRLƏRİ