“Öz çətirini yarat”: 30 qadın təlimi başa vurdu - FOTOLAR


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Öz çətirini yarat!” -insan alveri və potensial insan alveri qurbanları üçün iqtisadi imkanlara çıxışın təmini təlimlərinə yekun vurub.

Layihə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 11.2.2 ; 11.2.3; 11.2.4 maddələrinin, o cümlədən, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.2.5. və 4.4.5. yarımbəndinin icrasına dəstək məqsədi daşıyıb.

Layihənin əsas məqsədi insan alveri və potensial insan alveri qurbanlarının sığınacaqdan sonra reinteqrasiya prosesində, təkrar həssas vəziyyətə düşməməsi üçün onların iqtisadi imkanlara çıxışına dəstəkdir.

Layihə üzrə fəaliyyətlər ugurla başa çatıb. Layihə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Genderəsaslı zorakılıq qurbanları üçün sığınacaqda” həyata keçirilir.

Sakinlər 3 qrup üzrə- saç ustalığı, tətbiqi incəsənət işləri üzrə bəzək əşyaları və dərzilik kurslarına dair təlimləri başa vurdular. Hər qrupda 10 nəfər sakin olmaqla ümumilikdə 30 nəfər layihədən bəhrələnib.


MANŞET XƏBƏRLƏRİ