Mühafizəçi həbs olunacaq, xalq artisti isə… - Vəkil


Xalq artisti Ağadadaş Ağayevi döyən mühafizəçinin Rusiyada 9 il həbsdə olduğu iddia edilir. Bu isə onun işə necə qəbul edildiyi sualını aktuallaşdırıb. Eyni zamanda iki məsələ müzakirə doğurur: Ağadadaş Ağayev və onu döyən gözətçi Nurəddin Cəlilovu hansı cəza gözləyir? “Medera” klinikasının rəhbərliyi – sahibi, direktoru, baş həkimi məlum insidentə görə məsuliyyət daşıyırmı?

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan vəkil Elçin Sadıqovun sözlərinə görə, çox güman, mühafizəçi klinikaya işə götürülən zaman mühafizə şirkəti ilə müqavilə imzalayıblar.

Vəkil deyib ki, işə götürülən şəxsin məhkumluğunun olub-olmamasını araşdırmaq mühafizə şirkətinin üzərinə düşür:

“Qeyd edim ki, mühafizəçi daha əvvəl həbsdə olsa belə, əgər məhkumluğu ödənilibsə və heç bir problemi yoxdursa, o zaman rahat şəkildə işə götürülə bilər. Çünki məhkumluq ödəniləndən sonra onun keçmişi ilə bağlı problem yaşanmamalıdır”.

Elçin Sadıqov xatırladıb ki, artıq xuliqanlıq maddəsi ilə iş başladılıb:

“Həmin maddə də 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Ağadadaş Ağayevə də xuliqanlıq maddəsi verilib. Sadəcə, burada xəsarətlər nəzərə alınacaq deyə, mühafizəçi 5 il müddətinə həbs oluna bilər. İfaçını da cəza gözləyir. Amma cəza fərdi xarakter daşıdığı üçün cəzanı gələcəkdə məhkəmə özü müəyyən edir”.


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Yanvar 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031