Mütəxəssislər: Hərarətin yüksəlməsi infarkt riskini artırır


TU Tibb Fakültəsi Kardiologiya kafedrasının müdiri Altay, hər dərəcənin 20 dərəcədən yuxarı qalxmasının 65 yaşdan yuxarı şəxslərdə infarkt riskini 2 faiz artırdığını söyləyib.

Turkustan.az xəbər verir ki, Trakya Universiteti (TU) Tibb Fakültəsi Kardiologiya kafedrasının müdiri Prof. Dr. Sərvət Altay havaların mövsümi normadan artıq isti keçməsinin insan sağlamlığına mənfi təsir etdiyini bildirib.

İsti havaların infarkt, ürək çatışmazlığı və aritmiya kimi sağlamlıq problemlərinə səbəb olduğunu bildirən Altay, xüsusilə risk qrupunda olan xəstələrin və yaşlıların diqqətli olması barədə xəbərdarlıq edib.

"Xroniki xəstəlikləri olanlar və yaşlılar çox diqqətli olacaqlar"

İsti havaların bədənin istilik tarazlığını pozduğunu və birbaşa ürək sağlamlığına təsir etdiyini izah edən Altay:

"Havanın temperaturu 20 dərəcədən yuxarı olduqda, xüsusilə 65 yaşdan yuxarı şəxslərdə hər dərəcə temperatur artımında infarkt riskinin 2 faiz artdığı görülür. Temperatur nə qədər yüksək olarsa, bir o qədər də infarkt görürük. Bundan əlavə, hipertoniya və ritm pozğunluqları meydana gəlir.

Prof. Dr. Altay isti havalardan qorunmaq üçün bol maye qəbul etmək və yağlı qidalardan uzaq durmaq, tərəvəz və meyvələrlə yüngül yeməklərə üstünlük vermək lazım olduğunu bildirib.

Altay əlavə edib ki, günün ən isti saatlarında mümkün olmadıqca çölə çıxmaq olmaz.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ