Bu gün ictimai nəqliyyat pulsuz olacaq


23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq.

Bununla bağlı prezident fərmanı Türkiyənin "Resmi Gazete"sində dərc olunub.

Fərmanda qeyd olunur ki, 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə Başkentray və Marmarayda, o cümlədən Sirkeci-Kazlıçeşme dəmiryol xətti və Gayrettepe-İstanbul hava limanı-Arnavutköy istiqamətləri üzrə hərəkət edən ictimai nəqliyyatda gediş haqqı pulsuz olacaq. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ