“Banklara sərf edir ki, pul oğurlansın və vətəndaş yenidən kredit götürüb banka pul ödəsin. Banklara nə qədər sərf edir ki, korperativ büdcələrindən bu işə istiqamət ayırsınlar. Mən bankları heç bir halda günahlandırmıram. Amma banklara bu nə dərəcədə sərf edir?”
Turkustan.az xəbər verir ki, bu sözləri Baku TV-də informasiya kommunikasiyaları üzrə ekspert Elvin Abbasov deyib.
O qeyd edib ki, banklar kartlarda yaranan sızıntı və təhlükələr zamanı vətəndaşı mütləq şəkildə məlumatlandırmalıdır:
“Dələduz vətəndaşa zəng etdikdə ad-soyadı ilə necə müraciət edir? Bu məlumatları o haradan alıb? Təbii ki, bu qədər məlumatın hamısı bankdan çıxmır. Sosial mühəndislik, həmçinin dövlət qurumlarının saytlarından bəzi hallarda oğurlanan məlumatlar əsasında formalaşır.
Bilirsiz “dark veb”də Azərbaycan seqmenti haqqında nə qədər məlumat var?! Banklar əgər aşkarlayırsa ki, vətəndaşın bank kartı “dark veb”ə düşüb, onun kartının dəyişdirilməsi ilə bağlı vətəndaşa müracət edirlərmi? Bankların belə bir xidməti varmı ki, vətəndaşa "sizin məlumatınızda sızıntı var" desin. Siz banka yaxınlaşın və kartınızı dəyişdirin. Bu sahədə çox boşluq var”.