“Mən Kəlbəcər Rayon Məhkəməsinin qərarı ilə oğlum Süleymanı övladlıqdan çıxarmışam. Onun ayrı-ayrı adamlara söyüşlərinə görə bizi,ailəmizi söyürlər. Mən iki dəfə infarkt keçirmişəm. Evimizdə belə yaşamırıq, kirayədə qalırıq. İnsanlar içində utanırıq”.
Turkustan.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında İsveçrədə yaşayan Süleyman Süleymanlı adlı söyüşcül mühacirin atası Asif Süleymanova deyib.
Asif Süleymanov onu da bildirib ki, oğlunun ölüm xəbərini ona verən adama təşəkkür edəcək:”Şərəfsizi öldürən adamın isə əlindən öpəcəyəm”.
Qeyd edək ki, İsveçrədə youtube üzərindən söydüyü söyüşlərə görə məhkəmə tərəfindən cəzalandırılan Süleyman Süleymanlı bu dəfə Tiktok sosial şəbəkəsi vasitəsilə ilə fake səhifə açaraq, təhqirlərini davam etdirir .