“Hər bir vətəndaş bank kartları ilə ehtiyatlı olmalı, telefona gələn SMS-lərin yönəldici mesajlarının tələblərinə, istəklərinə, vədlərinə əməl etmədən rədd etməli, bloklamalıdır”.
Turkustan.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.
Qurum rəsmisi növbəti dəfə vətəndaşlara dələduzların qurbanına çevrilməmələri üçün müraciət edib:
“Bank hesabınız təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb. Zəhmət olmasa proseduru yenidən başladın. http://….bank”;
“Bank hesabınızın təhlükəsizliyini gücləndirmək, kart istifadəsini müvəqqəti dayandırmaq və ya davam etdirmək üçün http://…..bank”;
“Bank kartınızın təhlükəsizliyi üçün kilidləyin. http://…..bank”;
“Üçüncü tərəfdən bank hesabınıza icazəsiz giriş aşkar etdik. Zəhmət olmasa yoxlayın. http://….bank”;
“Biz müştərilərimizlə elektron poçt, birbaşa poçt və s. vasitəsilə onların qeydiyyatdan keçdiyi müxtəlif məlumatların aktual olub-olmadığını yoxlayacağıq. İstifadə üçün burada yoxlayın. http://…..bank” və s.
SMS-lərdə göstərilən internet URL-ə daxil olmayın. Daxil olduğunuz anda mobil telefonda olan məxfi məlumatlar, hesablar, telefon yaddaşı ələ keçiriləcəkdir. Diqqətli olun, hansısa bankın adında təkrar və qarışıq aldadıcı hərf-simvol qoyulmaqla sizi çaşdıra, yanılda bilərlər”.