Polad Həşimovla bağlı ciddi yanlış: Bu, onun fotosu deyilmiş


Jurnalist İlham Tumas Milli Qəhrəman, general-mayor Polad Həşimovla bağlı yolverilən bir səhvə aydınlıq gətirib.

Turkustan.az xəbər verir ki, o tez-tez tamamilə fərqli bir şəxsin fotosunun Polad Həşimovun fotosu kimi təqdim olunduğunu bildirib:

“Çox fikirləşdim, axırı yazmaq qərarına gəldim. Çünki incə mövzudur, dostlarla fərdi söhbətlərdə deyirdim. Ancaq düşündüm, hamıya deyim, bəlkə nəsə nəticə hasil oldu.

Əziz həmvətənlər!

Milli Qəhrəman, hamımızın sevimlisi general-mayor Polad Həşimov şəhid olanda, hansısa sayt bir polis generalının şəklini səhvən paylaşıb, bu fotonu Polad Həşimova aid eləmişdi. Poladı tanıyan hərbçi qardaşlarla birgə hamımız yazdıq ki, bu, onun fotosu deyil.

Sonradan həmin polis generalının şəklini qrafikayla, nəyləsə düzəldib, şəhid qəhrəmanızın fotosu kimi təqdim elədilər. Və o foto yenə hər yerdə qalıb. Əzizlərim, birinci fotodakı Polad Həşimov deyil! Polad Həşimov ikinci fotoda əbədiləşib! Birinci fotonu, çalışaq mümkün qədər dövriyyədən çıxaraq!”. /yenisabah.az


MANŞET XƏBƏRLƏRİ