Onlayn alış-verişin riskləri ilə bağlı XƏBƏRDARLIQ


Daxili İşlər Nazirliyi vətəndaşlara onlayn alış-veriş edərkən bank kartı məlumatların təhlükəsizliyini qorumaqla bağlı xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, xəbərdarlıqda deyilir: “Onlayn alış-veriş edərkən bank kartı məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün aşağıdakı qaydalara diqqət yetirməyiniz tövsiyə olunur: Bank kartınız ilə onlayn alış-veriş edərkən ictimai Wi-Fi şəbəkələrindən istifadə etməyin; Ünvan hissəsində kilid işarəsi və ya "https:" olmayan veb-saytlara kart və digər fərdi məlumatlarınızı ötürməyin; Kart məlumatlarınızı veb-saytların və brauzerin yaddaşında saxlamayın”.


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Aprel 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930