Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.
Turkustan.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” “Gürcüstan Dəmir Yolları”na istinadən məlumat yayıb.
Bildirilib ki, Bakı və Tbilisi arasında sərnişin qatarının bərpası üzrə işlər davam edir, lakin reyslərin bərpası üçün dəqiq tarix daha sonra açıqlanacaq.
Qeyd edək ki, 2020-ci ilin mart ayından koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan və Gürcüstan arasında qatarların hərəkəti dayandırılıb.
Bundan əvvəl Gürcüstanın İqtisadiyyat Nazirliyi qatarların mayın 1-dən hərəkətə başlayacağını açıqlamışdı./Bizim.Media